Qurban Qurbanov danışdı, yanvarın 21-ni nişan verdi

16 Yanvar 2021 20:00 Qarabağ 1 250
Qurban Qurbanov danışdı, yanvarın 21-ni nişan verdi

"Komandanın hazırlığı pis getmir. Futbolçuların fiziki durumu pis deyil.

Hərçənd tam yaxşı da demək olmaz. Amma hələ çempionat matçına bir həftə var. İnanıram ki, yanvarın 21-dək hər bir futbolçu daha yaxşı vəziyyətə gələcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qış təlim-məşq toplanışı barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, oyunçuların hazırlıq səviyyələrində fərqlər var: "Bəzi futbolçuların performansı daha yaxşıdır, digərlərinin isə bir az aşağıdır.

Maksimum çalışırıq ki, bunları tezliklə aradan qaldıraq və futbolçular oyuna bacardığımız qədər hazır formada çıxsınlar" (report).

"Qarabağ" Azərbaycan Premyer Liqasnın XIV turunda "Sabah"ın qonağı olacaq. Görüş yanvarın 21-də "Bank Respublika Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"