
“Real”ın fransalı hücumçusu Kərim Benzema “Olimpiakos”un yarımmüdafiəçisi Matye Valbuenanı intim videolarını yaymaqla şantaj etdiyinə görə yenidən məhkəmə qarşısına çıxarıla bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” nəşri məlumat yayıb.
Versal şəhər prokurorluğu 32 yaşlı hücumçunun “şantaj cəhdində iştirak etdiyi üçün” mühakimə olunmasını tələb edib.
2015-ci ildə K.Benzema Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə olmaqda ittiham olunurdu. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.