Klub prezidentinin xanımı ona dəstək oldu: “Dedim, təhqir etsəm, xoşunuza gələcək?”

6 Dekabr 2022 23:00 Qalmaqal 759
Klub prezidentinin xanımı ona dəstək oldu: “Dedim, təhqir etsəm, xoşunuza gələcək?”

"Mənə ikinci zərbə baş məşqçim və futbolçu yoldaşlarımdan gəldi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sokol"da çıxış edən Şahin Zəkiyev deyib.

Polşada dördüncü liqa klubuna məxsus olan qapıçı burada başına gələn ən qalmaqallı hadisənin təfərrüatına varıb.

Həmyerlimiz "Gromnik" ilə bərabərliklə (1:1) başa çatan son matçın gedişində rəqib oyunçunun onun dinini təhqir etməsinə sərt reaksiya verib və qırmızı vərəqə alaraq meydandan qovulub:

“Mənə dəstək olacaqlarını gözləyirdim. Ancaq hamısı “niyə belə elədin?” deyə, məni qınadı. Bildirdim ki, mənim üçün hər şeydən önəmli İslamdır.

Dedim ki, bu dəqiqə sizin dininizi təhqir etsəm, xoşunuza gələcək? Bundan sonra susdular.

ABŞ-da olan klub prezidentinin xanımı da oradaydı. Yalnız o, mənə dəstək oldu. Məni başa düşdüyünü bildirdi.

Bunun adının rasizm olduğunu və federasiyadan güzəşt tələb edəcəklərini dedi.

Sonra prezident də zəng etdi, danışdıq, dəstək oldu. O, bu sözün bir neçə məna daşıdığını izah etdi. Məni səbrli olmağa çağırdı".

O, karyerasında ilk dəfə belə halla rastlaşırdığını, hadisənin şokundan ayılmağa çətinlik çəkdiyini xatırladıb:

“Oyunun gedişində qapımıza penalti verildi. Penalı vuran rəqibin “7 nömrə” qoldan sonra mənə yaxınlaşıb, ironiya ilə güldü.

Mən də ingilis dilində cavabın verdim. Aramızada yaşanan kiçik “söz atışması” elə orada da bitdi.

Mən hər oyuna çıxanda, dua edirəm və qol vuranda səcdəyə gedirəm. Bu oyunçu da mənim hərəkətlərimi görübmüş.

Sona təxminən 10 dəqiqə qalmış bunu əvəzlədilər. Hakimin xəbərdarlığına baxmayaraq vaxtı uzatdığını görüb yaxınlaşdım ki, zəhmət olmasa, tez çıx.

Çünki üstünlük bizim tərəfdə idi və qələbə qolu vurmaq istəyirdik. Polyak dilində mənə nələrsə dedi, əl-qol atdı.

Mən reaksiya verməməyə çalışdım. Geriyə qaytımaq istəyəndə dediyi bir söz mənim birbaşa dinimə təhqir olduğu üçün susa bilməzdim. Mən müsəlmanam və dinim də toxunulmazdır.

Polşalılarda Kurva sözü var. Ən ağır söyüşlərdən sayılır. Bu da mənə “Kurva muslimans” dedi.

Yenidən dala qayıdıb, üzərinə getdim. Boğazından tutub təpiklə vurdum. Oyunçular gəlib araladılar".

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?