“Qadınlar onu təhqir edir, kişilər gülür, borcu var” - Regekampfla bağlı DƏHŞƏTLİ FAKTLAR

4 Oktyabr 2022 20:00 Qalmaqal 661
“Qadınlar onu təhqir edir, kişilər gülür, borcu var” - Regekampfla bağlı DƏHŞƏTLİ FAKTLAR

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfa böyük ümidlər bəslənsə də, adamın başı problemlərdən açılmır.

10 gün əvvəl Rumıniyada yaratdığı qalmaqal sonrasında polis bölməsinə aparılaraq barəsində cinayət işi açılan təcrübəli çalışdırıcı “Qarabağ”a məğlubiyyətdən sonra yenidən ölkəsinin gündəmini zəbt edib.

Regekampflı “Neftçi”nin lider “Qarabağ”a məğlub olduğunu az qala bütün saytlar yazıb.

Realitatea.net isə oxucularına baş məşqçinin Bakıdakı durumu ilə bağlı ilginc məlumatlar çatdırıb. “Laurentsiu Regekampf Bakıda böyük sıxıntı içindədir– liderə uduzdu, pul problemi var” başlıqlı yazıda qeyd olunanlar:

“Laurentsiu Regekampf Anamariya Prodanla yaşadığı münaqişədən sonra böyük problemlərlə üzləşib. Rege həm peşəkarlıq, həm də maliyyə sarıdan korluq çəkir.

Komandası ötən həftəsonu lider “Qarabağ”a 1:3 hesabı ilə uduzub. Stadionda, şəhərdə onu görən qadınlar təhqir edir, kişilər gülür, onun qadınla dalaşdığını müzakirə edirlər.

Klub rəhbərliyi klubun imicinə dəyən zərərdən və digər klublara pis nümunə olmasından narazıdır. Deyəsən, şəhərdə bəzi insanlara borcu var, bu haqda xəbər dolaşır.

Aliment pulunu ödəməyə imkanı çatdmadığından, Anamariya Prodan vəkili ilə birlikdə Regenin bank hesabını bloklayıb. Yaxın günlərdə şəxsi əmlaklarına da həbs qoyulacaq”.

Laurentsiu Regekampf Rumıniyanın ən məşhur futbol agenti Anamariya Prodanla 16 il evli olub. Son 2 ili ayrı yaşasalar da, bu günə qədər rəsmi boşanmayıblar.

HƏBİB / SPORTİNFO.AZ

XƏBƏRİN LİNKİ: https://www.realitatea.net/stiri/lifestyle/laurentiu-reghecampf-mari-probleme-in-azerbaijan-a-pierdut-meciul-cu-liderul-si-are-probleme-cu-banii_633ac4c5418efb54b6066e62?fbclid=IwAR0zyqeo4Ola6Czh0ZnlW9O1s5xPF5ZiBqtg0Vf19I1H25CVXA1cQKf7DjA

Digər Xəbərlər
Xəbər Lenti