Azərbaycan millisinin müdafiəçisi yeni klub tapdı

31 Yanvar 08:50 Qadın futbolu 580
Azərbaycan millisinin müdafiəçisi yeni klub tapdı

Qadınlardan ibarət Azərbaycan millisinin daha bir futbolçusu komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, Ayşən Əhmədova Türkiyədə “Ünye” ilə anlaşıb.

24 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

O, daha əvvəl Türkiyədə “Çaykur Rizəspor”, “Ankara Büyükşehir Belediyesi FOMGET” ve “ALG Spor” komandalarında çıxış edib. Əhmədova Rusiya və Yunanıstanda da legioner həyatı yaşayıb.

Ayşən Əhmədova 2020-ci ildən Azərbaycan millisinin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda