COP29

Millimizin baş məşqçisi: "Öz səhvimizdən bizi məğlub etdilər”

30 Noyabr 02:50 Qadın futbolu 230
Millimizin baş məşqçisi: "Öz səhvimizdən bizi məğlub etdilər”

“Rusiya yığmasına məğlub olsaq da, qızlar yaxşı çıxış etdilər”.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən yoldaşlıq oyunundan (0:1) sonra deyib.

O, millimizin Soçidəki görüşdə yaxşı oynadığını bildirib:

“Çox yaxşı oyun alındı. Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür.

Rəqibi təhlil edib, matça ciddi hazırlaşmışdıq. Düzdür, bir neçə zədəli futbolçumuz var.

Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi. Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvimizdən qol vurdu.

Komandamıza təşəkkür düşür. Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər.

Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu. Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi.

Təəssüf ki, hücumda çoxala bilmirdik. İkinci matça daha yaxşı hazırlaşacağıq. Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”.

Azərbaycan və Rusiya milliləri arasında ikinci yoldaşlıq görüşü dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti