Azərbaycanlı jurnalist UEFA-nı boykot etdi: ÇL oyunlarını şərh eləməyəcək - VİDEO

27 Noyabr 2020 20:00 Problem 1 159
Azərbaycanlı jurnalist UEFA-nı boykot etdi: ÇL oyunlarını şərh eləməyəcək - VİDEO

“CBC Sport” telekanalının əməkdaşı Rüstəm Əfsərli UEFA-nın bayrağı altında keçirilən beynəlxalq yarışları şərh etməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, o, bu gün efir üzü görmüş “Start” verilişində qonaq qismində çıxış edərkən qərarını açıqlayıb.

R.Əfsərli futbol/futzal millilərimizin, futbol/futzal klublarımızın oyunları istisna olmaqla, UEFA-nın bayrağı altında keçirilən beynəlxalq turnirlərin (Avropa çempionatının seçmə mərhələsi, Millətlər Liqası, Çempionlar Liqası, Avropa Liqası, Konfranslar Liqası, Super Kubok və s) matçlarını şərh etməyəcəyini bildirib.

Şərhçi bu addımını UEFA-nın “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu ermənilərlə bağlı “facebook” statusuna görə ömürlük futboldan uzaqlaşdırılması barədə qərarına etiraz olaraq atıb.

UEFA həmçinin, bu statusa görə “Qarabağ”ı 100 min avro da cərimələyib. O, qərarını telekanal rəhbərliyinə demədiyini və bununla bağlı hər hansısa cəzaya hazır olduğunu bildirib.

Rüstəm Əfsərli onu da bildirib ki, bu addımı UEFA qərarını ləğv edənə və ya yüngülləşdirənədək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi