"Nə isə etməyəndə, səhv də buraxmırsan, onda heç nə dəyişmir"

25 Sentyabr 2020 14:50 Problem 385
"Nə isə etməyəndə, səhv də buraxmırsan, onda heç nə dəyişmir"

"UEFA-nın təşkil etdiyi turnirlərin oyunlarına tamaşaçı qəbulu ilə bağlı qərar yoxdur".

Sportinfo.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Funksioner bildirib ki, ölkələrdəki məhdudiyyətlərlə bağlı vəziyyət çox fərqlidir. Çeferin bunu yanlış qərar hesab etmədiyini söyləyib:

"Heç nə etməmək və gözləmək ən sadə yol idi. Çünki nə isə etməyəndə səhv də buraxmırsan. Onda isə heç nə dəyişmir. Biz ümid vermək istəyirik".

O, azarkeşlər üçün təhlükə olmadığını əlavə edib: "Tədbirlər sərtdir, buna görə azarkeşlər üçün sağlamlıq riskindən söhbət gedə bilməz. Siyasi müzakirəyə qarışmayacağıq. Bunu pul xatirinə etdiyimizi düşünməyin. Bu, bizə qazandığımızdan baha başa gəlir".

Bu il koronavirus səbəbindən avrokubok matçları azarkeşsiz keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti