"Bu boyda futbolda mənə heç bir iş tapılmadı?" - ŞİKAYƏT

23 Sentyabr 2020 18:06 Problem 724
"Bu boyda futbolda mənə heç bir iş tapılmadı?" - ŞİKAYƏT

«Məni işləməyə qoymurlar».

Bu sözləri Sportinfo.az-a açıqlamasında məşqçi Nadir Qasımov deyib.

2015-ci ildə «Şuşa Qarabağ»ın fəaliyyətini dayandırmasından sonra sevimli peşəsindən uzaq düşən təcrübəli mütəxəssis AFFA-nın ona laqeyd münasibətindən şikayətlənib:

«Beş işdir heç yerdə işləmirəm. «Şuşa Qarabağ» dağıldı, bütün qapılar üzümə bağlandı. İş üçün dəfələrlə AFFA-ya müraciət etmişəm, xeyri yoxdur.

Bu boyda futbolda yəni mənə heç bir iş tapılmadı? İstəsələr, 1 dəqiqənin içində həll edərlər. Adicə AFFA nümayəndəsi kimi oyunlara getməyi də mənə çox görürlər.

Uzun illər futbola xidmət eləmişəm, əziyyət çəkmişəm, indi məni niyə belə ucuz tuturlar? Bir ara Rüstəm Rəhimov köməklik göstərməyə çalışdı, onu da qoymadılar.

Bakı və Kəndlər Birliyinin çempionatına, həvəskarlar liqasına seleksioner kimi təyinat almağımı istəyirdi. Dedim, əşşi, 250 manat da puldur, alınsa, razılaşaram. AFFA-da nə dedilər, nə demədilər, bu söhbət də bağlandı.

Mənə bəzən sual verirlər ki, Premyer Liqada bu qədər tələbən çalışır, onlara kömək etməzsən? Niyə etmərəm, edərəm. Çağıran yoxdur.

Nə olsun ki, 70 yaşım var, işləməyə gücüm və həvəsim var. Hansı komanda olsa, orada məşqçinin məsləhətçisi ola bilərəm. Çox pul da istəmirəm, 300-400 manat.

Məni yandıran odur ki, vaxtilə qolundan tutub kömək etdiyim, həmişə dəstək verdiyim futbolçuların da yadına düşmürəm. Hansının adını çəim? Birdir, ikidir…

Hamısı bu gün məşqçi işləyir, biri də mənimlə maraqlanmır».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"