Azərbaycan yığmasının ixtiyarına xüsusi maşınlar verəcəklər

23 Sentyabr 2020 17:52 Problem 700
Azərbaycan yığmasının ixtiyarına xüsusi maşınlar verəcəklər

Tokio Yay Olimpiya Oyunlarında iştirak edənlər Yaponiyaya getdikdən sonra və ölkəni tərk etməzdən əvvəl koronavirus testindən keçəcək.

Sportinfo.az xəbər verir ki, idmançılar, komanda üzvləri və xidmət işçiləri təşkilatçıların verdiyi xüsusi maşınlarla idman obyektləri arasında hərəkət edəcəklər.

Yaponiya idmançılarının da digər ölkələrin təmsilçiləri kimi eyni qaydalara tabe olacağı vurğulanır.

Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti