"O, sizdən fərqli, kiminsə anasını və bacısını təhqir eləməyib"

23 Sentyabr 2020 17:10 Problem 1 004
"O, sizdən fərqli, kiminsə anasını və bacısını təhqir eləməyib"

"Imaret Europe" fanklubu son günlər ciddi tənqidlərə məruz qalan Mahir Emredinin müdafiəsinə qalxıb.

Sportinfo.az xəbər verir ki, Avropada fəaliyyət göstərən azarkeş birliyi "Qarabağ"ın hücumçusuin bu qədər basqını haqq etmədiyi fikrindədir:

"Mahir Lüksemburqla oyunda qırmızı vərəqə alır, milli ona qədər meydanda can verir, komanda şəklində hamı zəif çıxış edir amma o, tənqid və təhqir olunur.

"Qarabağ" məğlub olur, içi Mahir qarışıq, digər futbolçular əlinə düşən fürsətlərdən istifadə edə bilmir, yenə o, təhqir olunur.

Ozobiçdən Qaraya heç kimin oyunu alınmır, yenə Mahir. Adam 2 il üst üstə ən sərrast oyunçu olur, hamı susur. Adam ÇL də 2 oyuna 2 qol vurur, yenə hamı susur.

"Keşlə" , "Sumqayıt" və "Neftçi"dəki azərbaycanlı futbolçular 1-2 dəfə tənqid olunur, amma yenə mövzu Mahirdi . Biz də bilirik ki, Mahirin transfer dəyəri 1-2 milyondan artıq deyil və nə də uşaqlıqda "Ayaks" futbol məktəbini keçib.

Mahirin keçdiyi məktəbdən bura gəlib çıxan barmaqla sayılacaq qədər futbolçu olmasına baxmayaraq, yenə tənqidlərin başında gələn odur.

Bəlkə biz koruq, Mahirdən də güclü oyunçularımız var? Və ya iştahımız qabarıb ki, "Barselona", "Real"la eyni səviyyəyə gəlib çatmışıq? Ona görə, Mahir daha bizə lazım deyil?

Zamanında Əfran İsmayılov ağzınızdan düşmürdü, amma neçə ildir hələ yerinə adam tapıb qoya bilməmisiz. İki həftə əvvəl Maksimi də eninə boluna təhqir elədiz, sonda dediklərinizi geri udmağa məcbur olduz.

Digər klubların azarkeşləri Mahirə xərclədiyi zamanı öz klublarına xərcləsə daha yaxşı olar. Ən yaxşısı gələnə qədər öz mövqeyində ən yaxşısı odur. Olanımız və olanınız budur.

Öz şəxsi hesabından nə paylaşıb, əcəb edib! Sizdən fərqli, girib, klaviatura arxasında kiminsə anasını və bacısını təhqir eləməyib.

Bir də "bu futbolda təhsil filan" deyən kəslərə də deyin ki, San Marinonun heyyətində müəllim, advokat, həkim kimi “təhsillilər” var və nəticələri göz qabağındadı.

Ən yaxşısı gələnə kimi elə ən yaxşımız sənsən ! Çalış, bir də təkbətək qaçırma".

Digər Xəbərlər
Xəbər Lenti