COP29

Nazir söz verdi, ucqar rayon klubunu sevindirdi - FOTOLAR

22 Noyabr 2024 21:00 Problem 840
Nazir söz verdi, ucqar rayon klubunu sevindirdi - FOTOLAR

Qazax şəhər stadionu təmirə bağlanacaq. Bu barədə «Göyəzən»dən bildirilib.

Redaksiyamıza daxil olan məlumata görə, bir müddət sonra arenada yenidənqurma işləri aparılacaq.

Belə ki, gənclər və idman naziri Fərid Qayıbov adıçəkilən məkana iki dəfə baş çəkilib, meydança və tribunaların vəziyyətini incələyib.

O, nazirliyin balansında fəaliyyət göstərən qurğunun kompleks təmirə ehtiyacının olduğunu bildirib.

Həmçinin söz verib ki, qazonun dəyişdirilməsi və 3500 nəfər tutuma malik tribunaların yenilənməsi üçün vəsait ayrılacaq.

Saytımıza verilən xəbərdə o da qeyd olunub ki, klubun sponsoru və Qazax rayon İcra Hakimiyyəti stadionda digər işləri görməyə hazırdır. Burada sonuncu dəfə 2018-ci ildə kosmetik təmir aparılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 18:10 Çək və bizə göndər!
21 Yanvar 11:20 O gün olsun ki…