"Xahişimiz bundan ibarətdir ki, məsələlər tezləşdirilsin"

30 Noyabr 2023 16:30 Problem 807
"Xahişimiz bundan ibarətdir ki, məsələlər tezləşdirilsin"

“Ölkədə icbari tibbi sığortadan kənarda patologiya qalmamalıdır”.

Bu fikirləri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

“İnsanlara izah etmək olmur ki, sənin xəstəliyin icbari tibbi sığorta ilə əhatə olunub, amma yoldaşının, uşağının xəstəliyi yox. Uşaqlar, analar arasında böyük tələfat verən xəstəliklər var ki, icbari tibbi sığortadan kənardadır.

Nə qədər analar, uşaqlar onkoloji xəstəliklərə tutulur. Bilirəm, müəyyən işlər görülür. Xahişimiz bundan ibarətdir ki, məsələlər tezləşdirilsin”, - deyə o əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi