
Ağ Partiyanın sədri Tural Abbaslı AFFA-nı “top atəşi”nə tutub.
“Yutub” kanallarından birinə danışan siyasətçi başda Rövnəq Abdullayev olmaqla, federasiya rəhbərliyinin ünvanına sərt iradlar səsləndirib.
O, AFFA-nın Qurban Qurbanova “torba” tikdiyini, indiki milli komandanın uğursuz nəticələri ilə Azərbaycan xalqının heysiyyatına toxunduğunu bildirib.
AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə böyükhesablı məğlubiyyətlərin hamıya pis təsir göstərdiyini bildirən T.Abbaslı "Rövnəq Abdullayev AFFA-nı RAFFA etsin, bayrağa da oğlunun şəkilini qoysun" deyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: