Mötərizədəki Qarabağ

9 Dekabr 2022 15:30 Problem 266
Mötərizədəki Qarabağ

Xankəndi və ətrafındakı torpaqlarımızda məskunlaşmış köçəri ermənilərin Laçın yolunun bir neçə saatlıq bağlı qalmasına şüvən reaksiyası gözlənilən idi.

Erməni mediası indi bu cür zir-zibil rəylərlə doludur.

Araik və Vardanyanın hələ səsləri çıxmasa da, qondarma rejimin “xarici işlər naziri” David Babayan və onun kimiləri yazıq görkəm alıb ağlaşma qurublar, beynəlxalq aləmdən “dərhal hərəkətə keçib Azərbaycanı sözdə deyil, əməldə cəzalandırmağı” istəyirlər.

Məntiqləri də budur ki, yeganə yolu bağlamaqla ermənilərə təzyiq edirlər. Yeni bir terminini də tirajlamağa başlayıblar: “deerməniləşdirmə”.

Ermənilər onu da deyirlər ki, Azərbaycan Laçın dəhlizini bağlaması Rusiyanın sülhməramlı missiyasına da zərbədir. Başqa təxribatçı bəyanatlar da var. Xankəndi və ətrafının “heç vaxt Azərbaycan ərazisi olmayacağını” deyirlər.

WhatsApp Image 2022-12-04 at 18.56.40 (1).jpeg (133 KB)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da hələ də “ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri”kimi təqdim etdikləri ABŞ-ın Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Filip Rikirlə görüşündə Azərbaycan əleyhinə donquldanıb. Mirzoyan yeni erməni hiyləsi- Bakının Xankəndi erməniləri ilə mümkün danışıqları üçün “beynəlxalq danışıqlar mexanizminin yaradılmasının vacibliyi” haqda danışıb. İrəvanın məqsədi aydındır. ATƏT-in Minsk Qrupunun “ölmüş fəaliyyətini” Qarabağ erməniləri ilə mümkün danışıqlarda bərpa etmək istəyirlər. Azərbaycanın mövqeyi bəllidir. Qarabağda ölkəmizin qanunları ilə yaşamaq istəyənlər bizim vətəndaşlar sayılacaq və onlarla danışıqlarda vasitəçilik ola bilməz.

“Dədə-baba yolu” dediyimiz Ağdam-Şuşa yolu bağlananda min bir zillət çəkdik. Ağdamdan Şuşaya 37 kilometr idi. Amma məcbur qalıb 537 kilometr gedirdik- Akara yolu ilə. Sonra Ağdamla yeganə əlaqə olan vertolyotu da vurdular, nə qədər günahsız şuşalı ailə məhv oldu. Heç onda ermənilərin yadına düşmürdü ki, bu şəhərin də qocası, xəstəsi, uşağı var. Şəhərdə siqaret belə qıt idi, yadımdadır ki, Bakıdan gələndə postlara gedən dostlar üçün alıb gətirirdim. Laçın yolundakı dünənki “erməni tıxacı” mənə o günləri xatırlatdı. Ermənilər bizə çox zülm ediblər, onları bağışlamaq çətindir. Amma dövlət yenə də humanistlik edir, insan kimi davranır, “adam olun” deyir. Amma olmurlar, genetikaları belədir.

WhatsApp Image 2022-12-04 at 18.56.35 (1).jpeg (180 KB)

Ermənilər Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağın statusu ilə bağlı dediklərindən də ciddi narahat olublar. Lavrov keçirdiyi mətbuat konfransında Ermənistan və Azərbaycan liderlərinin Fransa prezidenti və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə qəbul etdikləri 6 oktyabr 2022-ci il tarixli Praqa bəyanatını xatırladıb. Orada bildirilir ki, BMT Nizamnaməsinə və 1991-ci ilin dekabrında Alma Ata Bəyannaməsinə uyğun olaraq tanınan sərhədlər sülh müqaviləsi üçün əsas götürülməlidir. “Bəyannamədə deyilir ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini təşkil edir və sərhədlərin toxunulmazlığını təsdiq edir. İttifaq respublikaları arasında mövcud olan sərhədlər. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi”, – deyə, Lavrov bildirib.

WhatsApp Image 2022-12-04 at 18.56.31 (1).jpeg (35 KB)

Bəziləri Lavrovun adını çəkməyə cəsarət etməsələr də, bu bəyanata etiraz ediblər. Ruben Vardanyan isə belə bir “cəsarət” göstərib, “Rusiya xarici işlər nazirinin bəyanatında müəyyən qeyri-müəyyənliklər var. Xüsusilə, Almatı Bəyannaməsinin əsasını təşkil edən bəyanatda göstərilən MDB-nin yaradılması haqqında saziş Ermənistan Respublikasının Ali Soveti tərəfindən 1992-ci ilin fevralında qeyd-şərtlərlə təsdiq edilmişdir", deyə bildirib. O vaxtlardan başı pul qazanmağa qarışmış Vardanyan “qeyd-şərt” deyəndə nəyi nəzərdə tutduğu aydındır. Məsələ burasındadır ki, Ermənistanın o zamankı hakimiyyəti 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən keçmiş Dağlıq Qarabağı mötərizə içərisində saxlayıb. İndi Vardanyan və Qarabağ separatçıları o köhnə iddialarını təkrarlayır: “SSRİ dağılanda Dağlıq Qarabağ artıq müstəqilliyini elan etmiş və Azərbaycandan ayrılmışdı”. Amma Vardanyan və bu iddianı irəli sürənlər “unudurlar” ki, Ermənistan Ali Sovetinin məlum qərarı SSRİ Ali Soveti tərəfindən etibarsız sayılaraq millətlərarası münaqişəni qızışdıran faktor kimi pislənmişdi. 1993-cü ildə isə BMT TŞ-nin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün 4 qətnaməsi vardı. 44 günlük müharibədə dünya birliyi də, ermənipərəst şarlatanlar da məhz ərazi bütövlüyümüzü bərpa etdiyimizə görə səslərini çıxara bilmədilər. Yəni bunlar hamısı ermənilərin “saman çöpündən yapışmasıdır”. Qarabağ və işğal altında qalmış torpaqlarımız böyük ölçüdə “mötərizədən” çıxarılıb və sıra bizə hələ də buynuz göstərmək istyəyən Xankəndi və ətrafındakı bir ovuc erməni separatçıları da çatacaq. İndiki vay-şüvənlərinin səbəbi də budur. Azərbaycanın 1991-ci ildəki ölkə olmadığının fərqindədirlər...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti