
"Neftçi"nin veteran hücumçusu Nadir Nəbiyev Sportinfo.az-a açıqlama verib.
Milli komandamızın da şərəfini qorumuş forvard "ağ qaralar"ın yeni transferi Vinsent Abubakarın keçidinə münasibət bildirib:
"İlk turdan görünürdü ki, "Neftçi"ni hücum xəttində boşluq var. Bunu aradan qaldırmaq lazım idi. Əgər hədəflərin böyükdürsə, mütləq şəkildə bu boşluğu aradan qaldırmalısan.
Məncə, Abubakarla "Neftçi" çox yaxşı bir transfer reallaşdırıb. Hücumda olan dişsizliyi kamerunlu aradan qaldıra biləcək biridir.
Həm təcrübəli, həm də zəngin karyerası olan futbolçudur. Hər hücumçuda olmayan özəllikləri var. Uzaqdan zərbələr, mübarizə ruhu və.s. "Neftçi"nin hücumda olan boşluğunu aradan qaldıracaq oyunçu transfer etdiyini deyə bilərəm.
Yaşına görə və son komandasında parlaq çıxış etməməsi fikir ayrılığı yarada bilər. İnanmıram ki, "Neftçi"də çətinlik yaşasın. Son aylar klubsuz qalması da ona problem yaratmaz.
"Neftçi"yə hücum xəttində lider olacaq, komandanı arxasınca apara biləcək oyunçu lazım idi. Məncə, "Neftçi"nin bu il ən yaxşı transferini həyata keçirdiyini deyə bilərik".
XANOĞLAN