“Ronaldo həmişə etdiyi işi edir, ən yaxşı olmağa çalışır" - Həmyerlisi

15:40 Dünya futbolu 151
“Ronaldo həmişə etdiyi işi edir, ən yaxşı olmağa çalışır" - Həmyerlisi

“Əl-Nəsr”in hücumçusu Joao Feliks komanda yoldaşı Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı forvard həmyerlisinin ən yaxşısını etdiyini bildirib:

“Ronaldo həmişə etdiyi işi edir – ən yaxşı olmağa çalışır. Bu, onun təbiətinin bir hissəsidir və o, karyerasının son gününə qədər belə olacaq.

Biz Ronaldo ilə birlikdə oynadığımız üçün şanslıyıq. Onunla oynayarkən bu anlardan həzz almalıyıq, çünki hər şey çox tez keçir”.

“Əl-Nəsr” həftəsonu Səudiyyə Ərəbistanı liqasının “Əl-Fateh”lə oyununda (5:1) qələbə qazanıb. Feliks het-trik edib, Ronaldo isə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar