
“Neftçi” növbəti oyunda da qələbəyə həsrət qaldı.
“Araz-Naxçıvan”la qarşılaşmada matça üstün tərəf kimi başlayan, hesabı açan “ağ-qaralar” yekunda heç-heçəylə barışmalı oldu – 2:2.
Bu, Premyer Liqanın 8-ci turundan sonra bakılıların 6-cı heç-heçəsi kimi yadda qaldı.
Sportinfo.az-a açıqlama verən paytaxt təmsilçisinin beninli yarımmüdafiəçisi Sessi D’Almeyda 90 dəqiqə ilə bağlı fikirlərini bölüşüb, qələbə qazana bilməmələrinin səbəbini deyib:
“Görüşə istədiyimiz və planlaşdırdığımız kimi başladıq. Lakin hesabı açandan sonra hansısa səbəbdən oyunumuzda eniş yaşandı.
Rəqib də bundan maksimum yararlandı. İkinci yarının əvvəlində buraxdığımız qola baxmayaraq, ruhdan düşmədik, bərabərlik topunu vurduq.
Hətta qələbə topunu da vura bilərdik. Görünən odur ki, göstərdiyimiz oyun qələbə üçün yetərli deyil.
Hər kəs daha çox çalışmalı, daha çox əziyyət çəkməlidir”.
HƏBİB