"Qəbələ" ayağa qalxdı, etiriz etdi: Niyə susursuz? - VİDEO

20 Oktyabr 13:40 Qəbələ 3 003
"Qəbələ" ayağa qalxdı, etiriz etdi: Niyə susursuz? - VİDEO

"Qəbələ" Premyer Liqanın 8-ci turunun "İmişli" ilə görüşündəki hakim qərarlarından narazıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat yayılıb.

Əyalət təmsilçisi matçın 59-cu dəqiqəsində Ronaldo de Souzanın topa qolu ilə toxunduğu anların görüntüsünü yayımlayıb.

"Qəbələ" qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun həmin vaxt əl ilə oyuna görə cərimə zərbəsi təyin etməməsindən narazı qalıb.

Klub oyundan 2 gün keçsə də, məsələyə hələ də aydınlıq gətirilmədiyinə diqqət çəkib.

Sözügedən matç 2:2 hesabı ilə yekunlaşıb. Oyunun VAR Tural Qurbanov olub.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!