Rəşad Sadıqovun başqa çarəsi yox idi - Məhrumiyyətlərin yaşatdığı məğlubiyyət

17:40 Zirə 1 022
Rəşad Sadıqovun başqa çarəsi yox idi - Məhrumiyyətlərin yaşatdığı məğlubiyyət

«Zirə»nin altı aya yaxın davam edən məğlubiyyətsizlər oyunlar seriyası Masazırda yekunlaşdı.

«Sabah» apreldən bu yana yenilgi üzü görməyən «Zirə»ni 3:0-la dayandırdı.

Əslində, Rəşad Sadıqov üzülməməlidir buna. Hələ sevinər bilər. Ki, ortabab futbolçulardan formalaşdırdığı heyət belə uzun müddətə meydanı naməğlub tərrk etməyi bacarıb.

Yeddi-səkkiz nəfərin yoxluğu «Zirə»nin seriyasını sona çatdırdı. Elnən gələn yas toy-bayram olar.

Əsas oyunçularının əksəriyyətinin xidmətindən yararlana bilməyən qonaqlar bacardığı qədər mübarizə apardı, 1 xalı fikirləşərk oynadı.

Yeqor Boqomlski ilk «11-lik»də forma geyinmək şansı əldə edirsə, demək, «Zirə»nin qazanmaq şansı yox kimidir. «Sabah» faktiki olaraq real qol imkanı vermədi onlara.

Rəşad Sadıqovun əli uzun olsaydı, Eldar Quliyevi ikinci hissədə meydana almazdı.

Orta sahədə İsmayıl İbrahimli ilə Ayron Qomisin yoxluğu baş məşqçini məcbur etdi ki, Ukrayna doğumlu yarımmüdafiəçini fasilədən sonra oyuna qoşsun.

O da ki… bir səhv ötürməylə «Sabah»ın üçüncü qolu vurmasına şərait yaratdı.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar