"Slaviya"nın hücumçusu yığmamızla oynamaq şansını qaçırdı

20 Sentyabr 2022 14:20 Problem 556
"Slaviya"nın hücumçusu yığmamızla oynamaq şansını qaçırdı

UEFA Millətlər Liqasının Azərbaycan və Belarusla oyunlarından öncə Slovakiya milisinin heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, "Slaviya"nın (Praqa) hücumçusu İvan Şrants zədələndiyi üçün heyətdən çıxarılıb.

Onun əvəzinə milliyə "Slovan"dan (Bratislava) David Hrnçar yığmaya cəlb olunub.

Sentyabrın 22-də Trnavadakı Anton Malatinski stadiunda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti