“Putin müharibənin tezliklə başa çatmasını istəyir” - Ərdoğan

20 Sentyabr 2022 12:50 Problem 809
“Putin müharibənin tezliklə başa çatmasını istəyir” - Ərdoğan

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin mümkün qədər tez bir zamanda başa çatmasını istəyir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “PBS” telekanalına verdiyi müsahibəsində deyib.

Türkiyə lideri Ukraynadakı müharibənin nə zaman başa çata biləcəyi ilə bağlı suala cavab verərkən deyib: “İlk növbədə Rusiyanın mövqeyi çox vacibdir.

Özbəkistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm və onunla ətraflı danışıqlar apardıq. Rusiya lideri münaqişəni mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyini ifadə etdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti