“Bizim üçün milli də, klub da “Qarabağ”dır” - SƏRT ETİRAZ!

20 Sentyabr 2022 23:00 Problem 10 473
“Bizim üçün milli də, klub da “Qarabağ”dır” - SƏRT ETİRAZ!

UEFA Millətlər Liqasında Slovakiya və Qazaxıstan ilə qarşılaşacaq Azərbaycan yığmasının heyəti dünən açıqlandı.

Baş məşqçi Canni De Byazinin 26 nəfərlik siyahısında yer almayan adlardan biri də “Qarabağ”ın önəmli fiqurlarından hesab olunan Qara Qarayev oldu.

Hazırda əla formada olan, heç bir zədəsi olmayan təcrübəli simanın kənarda qalması futbol ictimaiyyətində də böyük narazılıq yaradıb.

Bunu sosial şəbəkə hesablarında yazılanlardan hiss etməmək mümkün deyil.

Yarımmüdafiəçinin "instaqram" hesabında isə onu işarələyən izləyicilər həm dəstək olublar, həm də narazılıqların dilə gətiriblər.

Həmin paylaşımlardan daha çox diqqət çəkənlərin sizə təqdim edirik:

“Yəqin ölkədə avrokuboklarda “at oynadan” çox oyunçumuz var ki, Qara millidə yoxdur”.

“Milliyə çağırıldın və çağırılmadın heç bir fərqi yoxdur. Əsas odur ki, sən bizim kapitanımızsan”.

“Milliyə layiq olduğunu hər kəs bilir! İnşallah, haqq-ədalət öz yerini tapar”.

“Bu gün ölkədə ən yaxşı olan dayaq yarımmüdafiəçisini milliyə çağırmamaq, sadəcə ağılsızlıqdır”.

“Milli komanda bir şərəfdir və bu şərəfə ən layiqli adam Qaradır. Amma görünən odur ki, futbol şərəfimiz şərəfsizlərin idarəçiliyindədir”.

“Biz millidən, onsuz da, əlimizi üzmüşük. Bizim üçün milli də, klub da “Qarabağ”dır. Qaraya isə Xaymer Rodrigesli, Marselolu “Olimpiakos”la oyunlara diqqət yönəltməyi arzu edirəm”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti