Slovakiyalı hücumçu Azərbaycanla oyundan əvvəl problem yaşadı

19 Sentyabr 2022 11:00 Problem 556
Slovakiyalı hücumçu Azərbaycanla oyundan əvvəl problem yaşadı

UEFA Millətlər Liqasında Azərbaycan və Belarus ilə qarşılaşacaq Slovakiya yığmasının heyətində dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, Çexiyanın "Slaviya" (Praqa) klubundan milliyə cəlb edilən İvan Şrants zədələndiyi üçün heyətdən çıxarılıb.

29 yaşlı hücumçu ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq. Forvard Kosovo "Balkani"sinə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda xəsarət alıb.

Şrantsın əvəzinə Bratislava "Slovan"ından David Qrnçar yığmaya cəlb olunacaq.

Slovakiya sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarus kollektivini qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti