Bu hakimliyə təpki yox, yaxşı təpik düşür - Şimşək kimi sədrin İnqilab kimi də hakimi olar

17 Sentyabr 2022 17:40 Problem 864
Bu hakimliyə təpki yox, yaxşı təpik düşür - Şimşək kimi sədrin İnqilab kimi də hakimi olar

AFFA-nın bəh-bəhlə Hakimlər Komitəsinə sədr gətirdiyi Barış Şimşəyin açıqlamasına baxın:

"Sabah"ın futbolçuları da hakimin aut qərarına heç bir təpki göstərmədilər"...

Əvvəla, təpki (təzyiq, etiraz) olsaydı, demək, hakim qərarını dəyişəcəkdi, eləmi? Elədirsə, o, ümumiyyətlə, hakimdirmi?

İkincisi, təpkini yazıq Murad Musayev göstərdi də, dərhal da qırmızı vərəqə ördü.

Suraxanıdakı hakimliyə təpki yox, yaxşı təpik düşürdü. Bəxtiniz gətirib ki, indi 90-cı illər deyil...

Onda VAR sistemi yox idi, əvəzində yaxşıca "var-yox" söyüşləri vardı.. Yaxşı deyiblər ki, ağası gülüm olanın, başına külüm olar!

Barış Şimşək kimi sədrin İnqilab kimi də hakimi olar... "Sabah"ın əziyyətini yerə vurub, halalca xalını da əlindən aldılar...

İlkin Fikrətoğludan “feysbuk” qeydi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti