Sudan quru çıxmaq - Hələ tezdir

17 Sentyabr 2022 17:00 Problem 783
Sudan quru çıxmaq - Hələ tezdir

Doqquz illik periodu adladan «Turan Tovuz» Premyer Liqada ikinci məğlubiyətini «Sabah»dan alldı.

İki erkən qol Masazırdakı işi bitirdi. Debütantın mülafiəsinin sağ cinahına «yüklənən» ev sahiblərinin vurduğu hər iki qol bir-birinə oxşadı.

Şakir Seyitdovun müqavilə ilə məxsus olduğu «Sabah» önündə aldığı qırmızı vərəqə də 90 dəqiqənin müqəddəratına birbaşa təsir göstərdi.

«Turan» çox çalışdı ki. hesab arasındakı fərq böyüməsin. Amma birinci xətdə xeyli boşluğa yol verdilər. Emmanuel Apehin yerində bir başqası olsaydı, azından penta-trikə imza atmışdı.

Ayxan Abbasov mübariz heyət formalaşdırıb. İstənilən ortabab komandanın başından gələ biləcək gücdədirlər.

Medallara göz dikən rəqiblərə sinə gərmək isə hələ «Turan» üçün tezdir. Əzmkarlıq gözəl xüsusiyyətdir və hər bir məşqçi bu cür futbolçular qurmağı, onları bu cür oynatmağı bacarmır.

Abbasov savadlı və işini bilən mütəxəssisdir, belə incəliklər ondan ötrü iki vur ikidir, su içmək qədər asandır. Sadəcə, mübarizə aparmaqla hər oyunda sudan quru çıxmaq olmur.

Bir də ki, Ayxan Abbasov Şəhriyar Əliyevə müvafiq tapşırıqlarını verməlidir. Kapitan soyuqqanlı və diqqətli olmalıdır, sərtliklə kobulluğu səhv salmamalıdır.

«Sabah»ın fərqləndiyi üçüncü qolda penaltiyə səbəbkar olan Əliyevə, məsləhət görərdim ki, kadrı dönə-dönə izləsin.

Cərimə meydançasında lüzum olmadığı halda rəqibinə elə kobud həmlə etdi ki… Təcrübəli arxa xətt oyunçusuna yaraşmadı.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti