Ötən mövsümü Polşada "Podlasiye" klubunda keçirən, amma bir müddət əvvəl Azərbaycana qayıdaraq "Zaqatala" ilə müqavilə imzalayan Nazim Bağırovun ayağı qırılıb.
Sportinfo.az xəbər verir ki, birinci divizionun 4-cü turunda “Səbail-2”ə (5:4) qarşı matçda ayağı qırılan Bağırov 52-ci dəqiqədə əvəzlənib.
O, artıq əməliyyat edilib və yaşıl meydanlara nə vaxt qayıdacağı dəqiq deyil.


