“Bu, tam hörmətsizlikdir” - Neymarın “üsyan”ı

17 Sentyabr 2022 01:40 Problem 1 352
“Bu, tam hörmətsizlikdir” - Neymarın “üsyan”ı

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Hayfa “Makkabi”si ilə oyundan sonra (3:1) hakimləri tənqid edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə “tvitter” hesabında yazıb:

“İdmançıya tam hörmətsizlik! Ola bilməz! Sadəcə heç nə etmədiyim üçün sarı vərəqə alıram. Bəs hakim? O, səhv olduğunu belə, demədi! Bu, tam hörmətsizlikdir”.

Neymar qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb. 30 yaşlı braziliyalı forvard “Makkabi” ilə oyunda bir qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti