Həssas gündə "Qarabağ"ın yanında olmadılar - Biri xaric hamısı

16 Sentyabr 2022 09:40 Problem 2 939
Həssas gündə "Qarabağ"ın yanında olmadılar - Biri xaric hamısı

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini dünən qazandı.

Həm də "böyük beşlik" ölkə təmsilçisi olan "Nant" üzərində darmadağınla - 3:0.

Bu qələbənin dəyərini artıran ən önəmli məsələ onun məhz belə həssas dönəmdə qazanılmasıdır.

Bildiyimiz kimi, artıq bir neçə gündür Azərbaycan - Ermənistan sərhəddində döyüşlər gedir. Ordumuz Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını ləyaqətlə alarkən 71 şəhid verib. Sonuncu 21 şəhidimizin siyahısı isə elə oyun günü səhər saatlarında rəsmi olaraq elan olunmuşdu.

Belə gündə bir olmaq, birlik görmək mütləq idi. Bunun nəticəsidir ki, sosial şəbəkələrdə digər klublarımızın fanatlarının da matçdan sonra sevinc paylaşımlarına rast gəldik.

Amma azarkeşlərdən fərqli olaraq Premyer Liqa klubları ilə bağlı bunu demək olmaz. Yalnız "Sabah" xaric.

Paytaxt təmsilçisi matç başa çatan kimi öz sosial şəbəkə hesabından "Təbriklər, "Qarabağ" postunu paylaşdı.

Amma digər 8 klubdan heç biri oxşar addımı atmadı. Görünür, ya unudublar, ya da belə həssas gündə də rəqib olmağı, vacib qələbəyə üzülməyi daha məqbul sayıblar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti