"Nant"ın futbolçusu Şarl Traore Bakıda "Qarabağ"a qarşı keçiriləcək Avropa Liqasının G qrupunun II tur matçını buraxacaq.
Sportinfo.az xəbər verir ki, malili müdafiəçi zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.
Liqa 1 təmsilçisinin heyətində 30 yaşlı oyunçudan başqa, hər hansı itki yoxdur.
Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

