2020-ci ilin noyabrında koronavirusa yoluxan, bunun nəticəsində beyin insultu keçirən məşqçi Qəhrəman Əliyevin sağluq durumu ağır-sabit olaraq qalmaqdadır.
Bu haqda Sportinfo.az-a onun yaxınları məlumat verib.
Onların sözlərinə görə, gündəlik olaraq həkim nəzarətində qalan mütəxəssisin sağlıq durumunda hələlik heç bir irəliləyiş yoxdur.
Şəkər və qan təzyiqindən də əziyyət çəkən pasiyentə tez-tez qan köçürülür. Qəhrəman Əliyevi müayinə edən həkimlər onun nə vaxt komadan ayılacağını proqnozlaşdırmağa çətinlik çəkir.

