Azərbaycanda görənlərin ürəyini ağrıdan məşhur futbol "məbəd"indən son VİDEOLAR+FOTOREPORTAJ

12 Sentyabr 2022 13:00 Problem 1 853
Azərbaycanda görənlərin ürəyini ağrıdan məşhur futbol "məbəd"indən son VİDEOLAR+FOTOREPORTAJ

Şövkət Orduxanov adına Qusar şəhər stadionu yeni dönəmə hazırlaşır.

Dörd ildən artıqdır söküntüsü yarımçıq qalmış arena bir də bugünlərdə Etibar Pirverdiyevin yadına düşüb.

Rayonun mıərkəzində yerləşən idman qurğusuna bir müddət əvvəl baxış keçirilib.

Bir sıra iş adamları ərazi ilə yerindəcə tanış olub, burada geniş yaşayış massivinin tikilməsi və ticarət mərkəzlərinin yaradılması müzakirə edilib.

Artıq ərazinin yaxınlığında hündürmərtəbəli binalara rast gəlmək mümkündür. Burada 1 sot torpağın qiyməti 15-20 min manat arasında dəyişir.

Stadion Etibar Pirverdiyevin idarəçiliyində olan şirkətin balansındadır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) buranı illər öncə həmin şirkətin ixtiyarına verib.

Ötən əsrin ortalarında əsası qoyulan və Şövkət Orduxanovun adını daşıyan kompleks 2018-ci ilin əvvəlində təmirə bağlanıb.

Halbuki Etibar Pirverdiyev istəsəydi, "Azərenerji" ASC-nin prezidenti olduğu illərdə "Şövkət Orduxanov"u "təpədən-dırnağa" dəyişər, müasir kompleks edərdi.

2004-cü ildə "Şahdağ"ı himayəsinə götürən keçmiş şirkət rəhbəri bu müddət ərzində əlini ağdan-qaraya vurmadı, bir də vəzifəsindən gedəcəyini hiss etdiyi 2018-nin aprelində yadına düşdü ki, Qusarda bu adda stadion var, o da kurasyiasındakı şirkətin balansındadır.

Ərazidə nə tikili vardısa, hamısı yerlə bir edilib. Sökülən tribunaların arxasına beton hasar çəkilib, dairəvi çəpər 150-200 metri əhatə edir.

Tikintinin qaldığı yerdən davam etdirilməsinə, təxmini hesablamalara görə, azı 7-8 milyon manat tələb olunur.

“Qusar” Şövkət Orduxanovun adını daşıyan stadionu uzunmüddətli icarəyə götürmək istəyir. Region Liqasında mübarizə aparan klub bu məqsədlə Qusar İcra Hakimiyyətinə müraciət edib.

Tərəflər arasında bununla bağlı görüş və müzakirə olub.

Əməkdaşımız stadionda olub, gördüklərini kameranın yaddaşına köçürüb:

SPORTİNFO.AZ

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti