Haqqa girmək...

11 Sentyabr 2022 18:00 Problem 1 251
Haqqa girmək...

Qurban Qurbanov fevralın 24-də “Marsel”lə Bakıdakı oyunda topu rəqib qapısından əllə keçirən İbrahima Vadjini yanına çağırıb məsələnin kökündən xəbər tutmuş və futbolçusuna hakimə yaxınlaşıb qolun qaydalar çərçivəsindən kənar vurulduğunu etiraf etməyi tapşırmışdı.

Həmin Qurban Qurbanov bir neçə il əvvəl “Qarabağ”ın səhv etmirəmsə, “İnter”lə (Bakı) qarşılaşmasında hakimin yanlış penalti təyin etməsi səbəbindən Elvin Məmmədova topu kənara vurmaq göstərişini vermişdi.

Dini inancları dərin olan insanlar üçün kiminsə haqqına girmək, kiminsə haqqını tapdamaq yolverilməzdir, qəbulolunmazdır. Amma bunu hamı yox, tək-tük insanlar dərk edir.

Ayxan Abbasov “Sumqayıt” tarixinin ən uğurlu məşqçisidir. “Kimyaçılar”ı ona qədər Bernard Raab, Aqil Məmmədov, Nazim Süleymanov, Samir Abasov kimi mütəxəssislər çalışdırsa da, medal qazanmaq, avrokuboklarda iştirak etmək yerli azarkeşlər üçün xülya idi.

Abbasov qısa müddətdə yerli futbolçulardan qurulmuş komanda ilə Sumqayıt əhlinə futbolun ləzzətini daddırdı. İki dəfə kubokun finalına daşıdı, klub tarixində ilk dəfə medal (bürünc) qazandırdı, “Sumqayıt” tarixində ilk dəfə avrokubok həyəcanı yaşadı. Həm də iki dəfə dalbadal

Və günlərin birində klub prezidenti Ayxan Abbasova qapını göstərib Belarusdan Aleksey Baqanı gətirdi.

Daha artıq maaşa əcnəbi mütəxəssisə hər cür şərait yaradıldı, xidməti avtomobil ayrıldı, mənzil kirayələndi. Baqa üçün klub tarixində ilk dəfə legionerlərin cəlb olunması yolunda “yaşıl işıq” yandırıldı. Qısa müddətdə komandaya 8 legioner cəlb olundu.

İndi həmin Baqa və Avropanın müxtəlif ölkələrindən cəmlənmiş legionerlərin yer aldığı “Sumqayıt” çempionatda gülünc vəziyyətdədir. 5 oyunda aktivinə cəmi 2 xal yazan “kimyaçılar” rəqib qapılarına 1 dəfə də yol tapa bilməyib.

Bu, klub tarixinin ən zəif komandasıdır. Bunu tək mən yox, sumqayıtlı azarkeşlər, futbol mütəxəssisləri və bu şəhərdən olan jurnalistlər deyir.

Ayxan Abbasovlu 3 ayın “Turan Tovuz” isə sıfırdan qurulmasına baxmayaraq, hər kəsin sevgisini qazanmaqdadır.

Bölgə təmsilçisi ötən mövsüm öz komandalarında əsas heyətə düşə bilməyən futbolçularla və adı heç kimə məlum olmayan legionerlərlə Premyer Liqada keçirdiyi 4 oyunun yalnız 1-də məğlub olub ki, 7 xalla ilk “5-lik”də yer alıb.

Haqqa girmək belə olur. Sənə həyat verəni (Ayxan Abbasov) yaxşı günündə tanımırsan və çətin günündə yanında olmayan biri (Aleksey Baqa) gəlib həyatını əlindən alır.

P.S.: Fevralda Qurban Qurbanovu qolu ləğv etdirdiyinə görə qınayanlar da mütləq bu məqamı gözə almalıdır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti