AFFA-nın komitə sədri klub rəhbərinin oğlunu cəzalandırdı

10 Sentyabr 2022 23:00 Problem 1 696
AFFA-nın komitə sədri klub rəhbərinin oğlunu cəzalandırdı

AFFA Hakimlər Komitəsinin yeni sədri Barış Şimşek növbəti cəza tədbirini görüb.

Türkiyəli funksioner Rəşad Əhmədovu qeyri-müəyyən müddətə Premyer Liqadan kənarlaşdırıb.

Buna səbəb onun ilk turda yol verdiyi səhvlərdir.

Belə ki, mingəçevirli referi Tovuzda keçirilən “Turan” – “Qəbələ” matçında (0:2) fit çalıb. O, ev sahiblərindən Piruzi Marakvelidzeni 32-ci dəqiqədə meydan uzaqlaşdırıb.

Buna səbəb gürcü legionerin rəqibə açıq ayaqla xəsarət yetirməsidir. Türkiyəli funksionerin fikrincə, baş hakim bu epizodda sarı vərəqə ilə kifayətlənə bilərdi.

Şimşeki məmnun etməyən digər fraqment 58-ci dəqiqəyə təsadüf edib. Yaxın məsafədən qapıya vurulan zərbə zamanı top Eltun Turabovun “əlini tapıb”.

Baxmayaraq ki, top öncə dizə dəyərək ələ toxunub, R.Əhmədov “Turan”ın qapısına penalti təyin edib.

VAR hakimi Nicat İsmayıllı epizoda qiymət verməyə çəkinib və hər şeyi meydandakı referinin öz öhdəsinə buraxıb.

Penalti nöqtəsinə yaxınlaşan İsnik Alimi hesabı açıb, ardınca Rafael Utrix fərqlənib.

R.Əhmədov Tovuzdakı matçdan sonra bird aha Premyer Liqaya baş hakim olaraq təyinat almayıb. Adıçəkilən referinin “Mingəçevir”in Müşahidə Şurasının sədri Rövşən Əhmədovun oğlu olmasını xatırladaq.

SPORETİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti