Tərlan Əhmədovun debütü uğursuz alındı. Y
əqin ki, gəncəlililər bunu heç vaxt unutmayacaq. Çün yeni baş məşqçi çıxdığı ilk qərb derbisindən məğlub ayrıldı.
«Kəpəz» oyunboyu bir çox komponentdə «Turan»ın gerisinə düşdü. Qol vəziyyətləri az oldu. Y
alnız son dəqiqələrdə - ev sahibləri hesabı 2:0-a çatdırandan bir qədər keçmiş iki belə real imkan əldə etdilər.
Tərlan Əhmədova elə bu lazımdır. O, komandanın altından vurub, üstündən çıxacaq.
«Kəpəz»ın məğlubiyyət seriyası artıq 6-ya çatıb və yeni başa məşqçi əmindir ki, daha 2-3 həftə uduzsalar, ona barmaq silkələyən olmayacaq. İşə təzə başlayıb, limiti belə tez boşalmayacaq.
Bundan yararlanacaq o. fəaliyyətinin ilk günündə Rauf Əliyevi düşərgədən kənarlaşdıran Tərlan Əhmədov «qoca» gözündə gördüklərinin hamısını «dənləyəcək».
Gözünün yaşına baxmayacaq, birini də saxlamayacaq. Bu, onun köhnə şakəridir. Hara gedibsə, orada gördüyü ilk iş bu olub.
Tərlan Əhmədovun öz «qocalar»ını Gəncəyə yığacaq. Stanislav Namaşko kimi «ipə-sapa yatan» bütün tanışlarını «Kəpəz»in çətiri altına toplayacaq və…
Marağında, fikrində olan bütün planları gerçəkləşdirməyə girişəcək.
Tipdir də, çıxdığı yoldan geri dönməz, davam edər. Bu yol nədir, hara aparır, niyə aparır - başqa söhbətin mövzusudur.
Çox çəkməz, İlqar Nadiri də barmağını dişləyər…
KAMİL

