Premyer Liqa klublarına ayrılan puldan VERGİ TUTULMAYACAQ

9 Sentyabr 2022 14:00 Problem 964
Premyer Liqa klublarına ayrılan puldan VERGİ TUTULMAYACAQ

Premyer Liqa klublarının aylardır davam edən intizarı tezliklə başa çatacaq.

AFFA bununla bağlı onları məlumatlandırıb.

Federasiyanın tapşırığı ilə elita təmsilçilərinin hər biri yeni bank hesabı açdırıb.

Çempionatın titul sponsorunun adından köçürüləcək vəsait qrant olaraq nəzərə alınıb və ondan vergi tutulmayacaq.

AFFA klubları əmin edib ki, sentyabrın 15-dək problem həllini tapacaq və müqavilədə nəzərdə tutulan pulun hissə-hissə ödənilməsinə başlanacaq.

Burada söhbət hər bir iştirakçıya ayrılan 3 milyon manatdan gedir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti