Bölgə klubunda qazi ilə bağlı problem öz həllini tapdı

8 Sentyabr 2022 19:00 Problem 769
Bölgə klubunda qazi ilə bağlı problem öz həllini tapdı

Bir ne gün əvvəl xəbər vermişdik ki, "Kəpəz" rəhbərliyi sabiq futbolçusu Talıb Rzayevin istəyin həyata keçirmir.

Belə ki, həm də 44 günlük Vətən Müharibəsinin qazisi olan Talıb bəy sevimli peşəsi olan futbol sahəsində çalışmaq istəyir.

O, bu məqsədlə bir müddət əvvəl klubun rəhbərliyi ilə görüşüb.

Və İdarə Heyətinin sədri İlqar Nadiri ona işlə təmin olunacağı barədə söz verib və bu istiqamətdə nə lazım olsa ediləcəyini bildirib.

Amma bir aydan çox vaxt keçsə də məsələ ilə bağlı heç bir addım atılmamışdı. Keçmiş zamanda ona görə yazıram ki, artıq məsələ öz həllini tapıb.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib. Dünən rəhbərlik Talıbı bazaya dəvət edib. Ona klubda məşqçi kimi çalışmaq təklif olunub. Təkilfə razılaşan sabiq futbolçu bundan sonra sevimli komandasında məşqçi kimi çalışacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti