“CBC Sport” xanım əməkdaşı axtarışına çıxıb.
Bu barədə telekanalın “feysbuk” səhifəsində elan yerləşdirilib. Və həmin paylaşıma görə “CBC Sport” izləyicilərin tənqidinə tuş gəlib.
Elanda yazılıb:
“CBC Sport” telekanalının Proqramlar Departamenti veriliş aparıcısı müsabiqəsi elan edir. Azərbaycan dilində səlis danışan, idman marağı olan, xarici görünüşünə güvənən xanımlar bizə müraciət edə bilər”.
Telekanalın yerləşdirdiyi elanda potensial xanım əməkdaşların xarici görünüşü ilə bağlı qeyd olunan ifadə izləyicilərdə ikrah doğurub.
Aralarında bəziləri efirə çıxan şəxsin gözəlliyinin vacib olduğunu qeyd etsə də, buna qarşı çıxanlar çoxluq təşkil edib.
Şərhlərdən bəzilərini təqdim edirik:
“Gözəllik yarışmasıdır?”
“Kişilər ilə götürüləndə: rus dili, ingilis dili, 3 diplom, 3 il iş təcrübəsi, idarəçilik bacarığı. Xanımlar işə götürüləndə: Azərbaycan dilini bilsin, xarici görünüşü olsun”.
“Burnu kəsilmiş, dodaqları şişirdilmiş, qulağına 8 deşik açmış”.
“Xarici görünüşlə nə əlaqə”.
“Niyə xanım, bu kişilər ancaq ölmək üçün yaranıb?”
“Elə bil kafeyə ofisiant axtarırlar”.
“Və gecələr evə tələsməyən”.
“Xanım, siz çirkinsiniz. İdman sizin nəyinizə gərəkdir?”
SPORTİNFO.AZ

