İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.
Sportinfo.az xəbər verir ki, bu barədə N.İbrahimovun vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb.
O, CAS-ın müraciət üzrə cavabı oktyabrın 13-dək uzatdığını bildirib.
44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" isə 100 000 avro cərimələnib.
İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.
İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin qərarın tarixi indiyədək dəfələrlə təxirə salınıb.

