AFFA maliyyəni kəsdi, Divizion klubu nazirlikdən kömək istədi: "Daha pulumuz yoxdur"

6 Sentyabr 2022 11:20 Problem 1 913
AFFA maliyyəni kəsdi, Divizion klubu nazirlikdən kömək istədi: "Daha pulumuz yoxdur"

«Zaqatala» Gənclər və İdman Nazirliyinə (GİN) rəsmi müraciət edib.

I Divizion klubu üzləşdiyi problemlə bağlı GİN-dən köməklik istəyib.

Əyalət təmsilçisi nazirliyin balansında olan Zaqatala Olimpiya İdman Kompleksinin stadionunun onlara pulsuz icarəyə verilməsini xahiş eləyib.

«Zaqatala» tərəfi 2014-ci ildən buradan yararlanır. Bunun müqabilində hər il kompleksə 50 min manat ödənilib.

Həmin vəsait AFFA tərəfindən ayrılırdı. Federasiya artıq bu ildən həmin məbləğin ödənilməsini dayandırıb.

Belədə maliyyə çətinliyi ilə üzləşən klub vəziyyətdən çıxış yolunu GİN-dən dəstək istəməkdə görüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti