Premyer Liqanın V turunda “Zirə” – “Qəbələ” matçında növbəti gərginlik yaşandı.
34-cü dəqiqədə “Zirə”nin qapısına penalti təyin olunduqdan sonra baş məşqçi Rəşad Sadıqov əsəbləşərək hakimlərlə sözlü mübahisə etdi.
O, üzünü hakimlərə tutaraq, “mən iki ildir buradayam, nəvaxtsa “Zirə”nin xeyrinə belə penalti vermisiz? İmkan axtarırsız ki, qapımıza penalti təyin edəsiz. Bəsdirin artıq!” dedi.
Analoji hadisə “Zirə”- “Sumqayıt” matçında da baş vermişdi. Ümumiyyətlə, Premyer Liqanın hələ ilk turları oynanılmasına baxmayaraq, “fit sahibləri“nin qərarları müzakirə predmetinə çevrilib.
Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov deyib ki, futbolumuza VAR gəlsə də, Türkiyədə olduğu kimi, Azərbaycanda da mübahisələr bitmək bilmir:
“Sual olunur: VAR Azərbaycan futbolunda ədaləti bərpa etdimi? Əvvəllər sual veriləndə ki niyə hakimlərimiz dünya çempionatının seçmə mərhələnin oyunlarını idarə etmirlər, deyilirdi: Azərbaycan Premyer Liqasında VAR sistemi olmadığından, FIFA və UEFA hakimlərimizə güvənmir.
Sadəcə, qərəzlilik, nəticəyə təsir edən kobud yanlışlıqlar olmamalıdır. Avropanın ən güclü çempionatlarında, dünya və Avropa çempionatlarında belə, hakim səhvlərinə rast gəlinir.
Düzdür, VAR sistemi onların işini bir qədər asanlaşdırıb. Videotəkrar hakimlərə kömək edir.
Amma bizim hakimlər sanki qəsdən mübahisəli epizodlara baxmaq istəmirlər. Kiçik səhvlər normaldır, amma qərəzli idarəçilik…”.
Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

