"Kəpəz" rəhbərliyi sabiq futbolçusu Talıb Rzayevin istəyin həyata keçirmir.
Belə ki, həm də 44 günlük Vətən Müharibəsinin qazisi olan Talıb bəy sevimli peşəsi olan futbol sahəsində çalışmaq istəyir.
O, bu məqsədlə bir müddət əvvəl klubun rəhbərliyi ilə görüşüb.
Və İdarə Heyətinin sədri İlqar Nadiri ona işlə təmin olunacağı barədə söz verib və bu istiqamətdə nə lazım olsa ediləcəyini bildirib.
Hətta sabiq baş məşqçi Yaşar Vahabzadə də klubun Talıbın öz sevdiyi sahədə çalışması üçün hər bir şəraiti yaradacağını vəd edib.
Amma bir aydan çox vaxt keçsə məsələ ilə bağlı heç bir addım atılmayıb.
Vahabzadə istefaya göndərildiyi üçün bu gün komandada yoxdur.
Amma bir ay əvvəl icraçı direktor səlahiyyətlərin daşıyan İlqar bəy hazırda İdarə Heyətinin sədri kimi fəaliyyətin davam etdirir. Ümid edək ki, onun yeni vəsifəsi həm də qazi Talıbın probleminin həll üçün düşərli olacaq.
Məsələ ilə bağlı qarşı tərəfə də tribuna verməyə hazırıq.
XANOĞLAN / SPORTİNFO.AZ

