"Biz bu məsələni qaldırdıq, inanırıq ki, problem tezliklə həll olunacaq"

5 Sentyabr 2022 09:09 Problem 936
"Biz bu məsələni qaldırdıq, inanırıq ki, problem tezliklə həll olunacaq"

"Stadion məsələsi klubumuzun ən yaralı yerlərindən biridir".

Sportinfo.az xəbər verir ki, bunu "Kəpəz"in yeni formalaşmış İdarə Heyətinin sədri İlqar Nadiri bildirib.

O, klubun Azərbaycan Premyer Liqasının ev oyunlarını Qəbələdə keçirməsindən danışıb. Nadirinin sözlərinə görə, "Kəpəz"in stadionunun təmiri üçün müvafiq qurumlara müraciət ediləcək:

"İdarə Heyətinin iclası zamanı da biz bu məsələni qaldırdıq. İstəyirik ki, bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət edək.

İdarə Heyəti də bu prosesdə bizə yaxından kömək etməyə çalışır. İnanırıq ki, bu məsələ tezliklə həll olunacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti