Tərlan Əhmədov dedi: "Mənim sehirli çubuğum yoxdur"

4 Sentyabr 2022 19:00 Problem 1 330
Tərlan Əhmədov dedi: "Mənim sehirli çubuğum yoxdur"

"Mənim sehirli çubuğum yoxdur".

Sportinfo.az xəbər verir ki, bunu "Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bu gün keçirilən təqdimat mərasimində "Kəpəz" üçün görüləcək işlərdən danışıb:

"Gəncə şəhərində futbol ənənəsi var. Şəhər futbolla yaşayır. Bura Azərbaycanın ən çox futbolçu yetişdirdiyi şəhərdir. Hamımız birlikdə çalışmalıyıq ki, bu adət-ənənə geri qayıtsın.

Hər halda mən də bilirəm ki, uzun müddətdən sonra Premyer Liqaya qayıdan komandada hansı çatışmazlıqlar var. Amma bunlar bizim üçün bəhanə olmamalıdır.

Biz öz işimizi görməliyik. Yaxşı nəticələr qazanıb, komandanın uğurunu, keçmişini özünə qaytarmalıyıq.

Bir neçə dəfə demişəm ki, mənim sehirli çubuğum yoxdur. Hamılıqla – Gəncə şəhər İcra Hakimiyyəti, klubun İdarə Heyəti, veteranlar,

fanatlar birlikdə bu komandanı qaldırmalıyıq. Birdən-birə heç bir uğur olmur.

Amma sizə söz verirəm ki, zamanla siz komandada yaxşı dəyişiklikləri görəcəksiniz. Bunun üçün görüləcək işlərimiz həddindən artıq çoxdur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti