Gəncədən HƏDƏ MESAJI gəldi: “Sərt addımlar atacağıq”

2 Sentyabr 2022 23:20 Problem 1 307
Gəncədən HƏDƏ MESAJI gəldi: “Sərt addımlar atacağıq”

“Kəpəz”in üzləşdiyi durum gəncəli futbol veteranlarını və azarkeşləri dilə gətirib.

Komandanın ev oyunlarını doğma meydanda keçirməməsi, Yaşar Vahabzadə kimi Premyer Liqa təcrübəsi olmayan məşqçinin komandanı bu hala salması, “Kəpəz”i çalışdıracaq yeni məşqçinin kimliyi – bu və digər mövzular ətrafında müzakirələr davam edir.

Özündə cəsarət tapanlar ortaya sərt mövqe qoyur ki, bu da təbii olaraq klubda çalışanların ürəyincə deyil.

Vaxtilə tribunada azarkeş qismində “Kəpəz”i qələbəyə səsləyən, son illər klubda azarkeşlərlə əlaqələndirici vəzifəsini yerinə yetirən Elmar Əliyev yaşananlardan narahatdır.

O, Sportinfo.az-a göndərdiyi səs yazısında gəncəliləri qınayıb, bundan sonra mətbuatda kəskin fikir bildirən şəxslərin cəzalandırılacağını deyib:

“İndiyə qədər “Kəpəz”də hansı məşqçilər işləyibsə, hər birinə “sağ ol” deyirik, əziyyətləri olub.

Udublar, uduzublar – fərq etmir, futbolda hər cür nəticə qeydə alınır. Əsas odur ki, “Kəpəz”in uğuru üçün çalışıblar, tər töküblər, zəhmət çəkiblər.

Yaşar Vahabzadə istefa verib, indi hərə bir tərəfdən ağzına gələni danışır. Yaxşı oğlan sözünü mətbuat, yaxud sosial şəbəkə vasitəsi ilə deməz.

Gedib üzünə deyər sözünü, ya da zəng edər. Bunu etməklə Gəncə futbolunu gülünc vəziyyətə salırlar.

Bakıya, Tovuza, digər bölgələrə gedirəm, məndən “gəncəlilər niyə belə edir” sualını verirlər. Kimin kiməu sözü varsa, gedib üzbəüz danışsın. Mətbuat və sosial şəbəkələr vasitəsi ilə bizi biabır etməsinlər.

AFFA sağ olsun, Gəncə futbolunun, “Kəpəz”in inkişafı üçün əlindən gələni edir. Gəncədə heç kim cibindən 20 manat çıxarıb kluba kömək etmir. Klubun icraçı direktoro İlqar Nadiri əlindən gələni edir ki, “Kəpəz” yaşasın, vəziyyət düzəlsin.

Bu qədər çətinliyin qarşılığında hərə bir söz danışır, biri o birinə söz atır, biri digərinə sataşır. Belə olmaz axı. Kim keçmişdə nə edibsə, keçmişdə qalıb. Allah hər birinə can sağlığı versin. Bu gündən danışmaq lazımdır.

Gəncə futbolunun ayağa qalxmasını istəyiriksə, bir olmalıyıq. Bu cür söz-söhbətlər, artıq sözlər “Kəpəz”in ziyanına işləyir.

Sonda bildirmək istəyirəm ki, bundan sonra kim mətbuatda, sosial şəbəkələrdə klubun və klubda çalışanların adına ləkə yaxan sözlər danışsa, yazsa, sərt addımlar atacağıq. Yetər artıq! Ayıbdır! Gəncə futbolunu biabır etməsinlər!”

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti