"Kəpəz"də bir sıra problem

1 Sentyabr 2022 13:20 Problem 916
"Kəpəz"də bir sıra problem

"Kəpəz" Azərbaycan Premyer Liqasının 5-ci turunda "Qarabağ"la bugünkü oyuna itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən tur "Səbail" ilə qarşılaşmada qırmızı vərəqə alan Tural Axundov və Rauf Əliyev cəzalı duruma düşüb.

Zədəlilərdən Peyman Keşavarzinin durumu yaxşıdır. Onun oynayıb-oynamayacağı ilə bağlı qərarı məşqçilər verəcək. Zədədən yeni dönən Yeqor Xvalko isə həftəboyu fərdi hazırlıq keçib.

“Kəpəz” – “Qarabağ” görüşü bu gün saat 19:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti