"Kəpəz"in baş məşqçi postuna namizəd olan 3 NƏFƏR

28 Avqust 2022 23:40 Problem 4 976
"Kəpəz"in baş məşqçi postuna namizəd olan 3 NƏFƏR

Premyer Liqanın ilk 4 turunda məğlubiyyətləri sıralayan «Kəpəz» yeni baş məşqçi axtarışını tamamlamaq üzrədir.

Dünən «Səbail»ə 1:4 hesabıyla uduzan Gəncə təmsilçisi, böyük ehtimalla, Yaşar Vahabzadə ilə yoluna davam etməyəcək.

Çünki o, Bayıldakı matçın ardından komanda üzvlərinə «mən geri dönməyəcəm, artıq bezmişəm» söyləyib.

Köməkçiləri və futbolçuları ilə əsəbi tonda danışan çalışdırıcı azarkeşlərin hər dəfə onu istefaya səsləməsini həzm edə bilmədiyini deyib.

Doğrudur, Vahabzadə daha sonra klub funksionerləri ilə söhbətində «istefa verirəm» kəlməsini işlətməyib.

Əksinə, fəaliyyətini davam etdirmək niyyətində olmasına vurğu yapıb. Lakin idman direktoru İlqar Nadiri artıq AFFA mənsubları ilə baş məşqçi məsələsini müzakirə edib.

Hazırda Vahabzadəni əvəzləməyə 3 namizəd var - Tərlan Əhmədov, Şahin Diniyev və Aftandil Hacıyev. Böyük ehtimalla, sabah yeni sükançının adı açıqlanacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti