GÜNÜN QALMAQALLI HADİSƏSİ: “O, qorxaqdır!” - VİDEO

25 Avqust 2022 22:20 Problem 1 664
GÜNÜN QALMAQALLI HADİSƏSİ: “O, qorxaqdır!” - VİDEO

Üç gündür Azərbaycanda hamı Şahruddin Məhəmmədəliyevin Çexiyada etdiyi kobud səhvlərdən yana-yana danışır.

Belə vəziyyətdə sabiq və hazırkı komanda yoldaşları “Şah”a qahmar çıxmağa çalışır, müxtəlif paylaşımlar edir.

Hazırda klubsuz qalan Ruslan Qurbanov da yaxın dostuna dəstək olarkən, “Qarabağ”ın qapıçısına irad tutan, onu tənqid edən azərbaycanlı futbolsevərlərə təhqir yağdırıb, onları “çaqqal” adlandırıb.

Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov Azərbaycan millisinin sabiq hücumçusunun paylaşımına reaksiya verib.

Deyib ki, sağlam tənqiddən nəticə çıxarmaq əvəzinə, Şahruddinə “ayı xidməti” göstərmək istəyənlər peyda olub:

“Bunlardan biri millimizin sabiq futbolçusu Ruslan Qurbanovdur. O, sosial şəbəkədə paylaşımında bütün etik hədləri aşaraq, bir neçə gündür ürək ağrısı çəkən, ürəyi “Qarabağ” eşqi ilə döyünən azarkeşləri təhqir edib.

Ruslan hazırda Azərbaycanda çıxış etsəydi, belə təhqiramiz ifadələr ağzına alardı? Yox!

Çünki qorxaqdır, acizdir!Azərbaycanda qazandığı pulların hesabına ölkədən kənarda var-dövlət sahibi olan birinin ürəyində vətən sevgisi nə gəzir, axı?

Şahruddinə dəstək olmaq əvəzinə, vurdu onun gözünü də çıxartdı”.

Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti