Premyer Liqanın debütantı yenə problemlə üzləşdi – Eyni adam

25 Avqust 2022 09:40 Problem 1 876
Premyer Liqanın debütantı yenə problemlə üzləşdi – Eyni adam

Sabah Premyer Liqada 4-cü tura start veriləcək.

“Turan Tovuz” ilk oyun günündə “Sumqayıt”ın qonağı olacaq.

Debütant səfər qarşılaşmasına ciddi problemlə yollanıb. “Səbail”lə görüşdə komandaya qələbə gətirən Natan Oduva yenidən sıradan çıxıb.

Səhhətində sıxıntı yarandığı üçün “Qəbələ” ilə açılış matçını buraxmış hücumçu bu dəfə məşqdə zədə alıb.

İngiltərəli forvardın bir müddət yaşıl sahələrdən kənar qalacağı gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti