Futbolun bəzəyi azarkeşdir. Bu deyim həqiqətən də zaman-zaman əyani olaraq öz təsdiqini tapıb.
Məsələn, elə Premyer Liqanın üçüncü turunun "Sabah" - "Neftçi" qarşılaşması kimi.
Meydan sahiblərinin qələbəsi ilə (2-1) başa çatan qarşılaşma kifayət qədər gərgin keçdi. Bunda tribunalara toplaşan 5500 azarkeşin də rolu az olmadı.
Amma Masazırdakı azarkeşlər oyunun bəzəyi olmaqla bərabər, həm də stadionun zibilin çıxartmağı bacardılar. Təbii ki, hamılıqla yox, amma böyük əksəriyyət.
Belə ki, əksər azarkeşin özü ilə gətirdiyi su butulkasın, simiçka qutusun, salafan paketləri və. s qida məhsullarını tribunalarda buraxıb getməsi bərbad görüntülərə səhnə olmuş oldu.
Adətən, fan klublar olan tribunalarda belə hallar yaşanır və bu, qismən normal qarşılanır. Ancaq bu dəfə fanklublara əlaqəsi olmayan siravi azarkeşlərin əyləşdiyi tribunalar biabırçı görüntüyə yol açmış oldu.
Yaxşı olardı ki, oyunun bəzəyi olan azarkeşlər tribunlara da bəzək verib, zibil atmazdılar. Hər halda sonradan həmin zibilləri valideynlərimiz yaşda olan xidmətçilər böyük çətinliklə təmizləmiş olacaqlar.
Ümid edək ki, təqdim edəcəyim videoya həmin azarkeşlər də baxmış olacaq və növbəti matçlarda biz eyni mənzərəyə şahidlik etmiş olmayacağıq.
Həmin görüntüləri bu linkə daxil olaraq izləyə bilərsiz:
XANOĞLAN / SPORTİNFO.AZ

